
Rusiya ordusu Suriyada hələ uzun müddət qalacaq.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib. Onun sözlərinə görə, Rusiya qoşunlarının Suriyada mövcudluğu təkcə terrorizmlə mübarizə üçün gərəkli deyil:
“İndi Suriya ilə Rusiya arasında Xmeymim bazası barədə razılaşma mövcuddur. Bu müqavilənin müddəti 40 ildir. Rusiya ordusunun Suriyada qalması Yaxın Şərqdə balansın qorunması üçün vacibdir”.