
Ukrayna Rusiya ilə dəmiryolu xətti ilə əlaqələri kəsmək məsələsinə baxır.
SalamNews xəbər verir ki, bu barədə Ukraynanın 1+1 telekanalına müsahibəsində bu ölkənin infrastruktur naziri Vladimir Omelyan məlumat verib.
Nazir bildirib ki, hazırda bu məsələ Ukraynanın Nazirlər Kabinetində müzakirə olunur.
Qeyd edək ki, hazırda Kiyev-Moskva-Kiyev, Lvov-Moskva-Lvov və digər istiqamətlərdə dəmiryolu xətti mövcuddur.