
ABŞ prezidenti Donald Tramp ölkənin hərbi büdcəsini təsdiqləyib. FaktXəbər bildirir ki, bu barədə Ağ Evdən açıqlanıb.
Buna qədər büdcə layihəsi ABŞ Konqresinin hər iki palatası tərəfindən də qəbul olunmuşdu.
ABŞ-ın 2019-cu il üçün hərbi büdcəsi 716 milyard dollar təşkil edəcək. 2017-ci ilin hərbi büdcəsi ilə müqayisədə yeni maliyyə planı 13%, 2018-ci illə müqayisədə isə 2% artıb.