
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bank və müəssisələrin səhmləri ilə fırıldaqçılıq işində iştirakda şübhəli bilinir.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Kredit Yerevan" ASC və "Lev Marsed" MMC-nin səhmləri ilə fırıldaqçılıq üzrə cinayət işi çərçivəsində icra hakimiyyəti orqanlarının yüksək vəzifəli rəsmilərinin, o cümlədən Serj Sarqsyanın vəzifə səlahiyyətlərini aşdığı barədə faktiki dəlillər əldə olunub.
İstintaq zamanı əldə edilən məlumatlar Ermənistan Xüsusi İstintaq Xidmətinə ötürülməsi məqsədilə Baş Prokurorluğa göndərilib.