
Suriya prezidenti Bəşşar Əsəd paytaxt Dəməşqdə ABŞ Senatının respublikaçı üzvü Riçard Bləklə görüşüb.
“Report” xəbər verir ki, bu barədə Suriya prezidentinin Mətbuat xidmətinin "Twitter" səhifəsində məlumat verilib.
Tərəflər ABŞ-ın bölgədəki siyasəti, o cümlədən region ölkələrinin daxili işlərinə qarışması ilə bağlı müzakirələr aparıblar.
Amerikalı senator qeyd edib ki, ABŞ-ın siyasəti bu bölgə ölkələrində onlara qarşı etimadı sarsıdıb və bununla bağlı vəziyyəti yalnız amerikalıların özləri, həmçinin siyasətçilər dəyişdirə bilər.
Həmçinin R.Blək ABŞ-ın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini və ölkədə sabitliyin bərpa olunacağına ümidvar olduğunu bildirib.