
Suriyada İdliblə bağlı gərginlik davam etdiyi bir vaxtda ABŞ PKK-YPG terror qruplaşmaları ilə birlikdə Fərat çayının şərq istiqamətində irəliləməyə davam edib.
Axar.az xəbər verir ki, ABŞ ordusu Suriyada neftlə zəngin Deyr əz-Zor bölgəsində İŞİD-in nəzarətindəki Hajin bölgəsinə əməliyyat başladıb.
Məlumata görə, PKK Hajin bölgəsini ələ keçirəcəyi halda Fəratın şərqindəki su və enerji resurslarına nəzarəti tamamilə ələ keçirmiş olacaq.