
ABŞ-ın sosial şəbəkələri İranla bağlı səhifələri bağlamaqda davam edir. FaktXəbər bildirir ki, bu barədə İranın XİN rəhbəri Cavad Zərif Twitter səhifəsində yazıb.
"Bir çox bağlanmış profil real insanlara məxsudur - aparıcılar və tələbələrə. Lakin dövlət çevrilişi barədə dəstəyini bəyan edən botlar nədənsə öz işlərini davam edir və onları blok edən yoxdur",-deyə Cavad Zərif qeyd edib.
Xatırladaq ki, İranın dövlət telekanalı ilə əlaqəsi olan 280 hesab Twitterdə, 700 səhifə Facebookda və 50 istifadəçinin hesabı isə Googledə bağlanıb.