
İraqda parlament sədri müəyyənləşdikdən sonra baş nazirin də Adil Əbdül-Mehdi olacağı artıq 95 faiz təsdiqini tapıb.
SalamNews bu barədə əl-Məyadin telekanalına istinadla xəbər verir.
Telekanal, İraq parlamentində olan mənbələrinə istinadla iddia edib ki, artıq Adil Əbdül-Mehdinin baş nazir postuna seçilməsi 95 faiz təsdiqini tapıb.
Bildirək ki, 1942-ci il təvəllüdlü Adil Əbdül-Mehdi ölkənin sabiq neft naziri, sabiq vitse-prezident və həmçinin “İraqın İslam İnqilabı Ali Şurası”nın rəhbərlərindən biri olub.
Qeyd edək ki, İraqlı deputatlar 4 aylıq siyasi çəkişmədən sonra Məhəmməd əl-Həlbusini parlament sədri postuna seçiblər. Yaxın günlərdə prezident və baş nazirinin də dəqiqləşəcəyi deyilir.