
ABŞ-ın Prezident Administrasiyası Çindən idxal olunan 200 milyard dollarlıq müxtəlif mallara qarşı yeni rüsumlar tətbiq edəcək.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 10 faiz səviyyəsində nəzərdə tutulan rüsumlar növbəti həftədən – 24 sentyabr tarixindən qüvvəyə minəcək.
Bununla yanaşı 1 yanvar 2019-cu il tarixindən onlar 25 faizədək yüksələcək.