
Bu ilin iyul ayında Çin hökuməti ABŞ-ın borc qiymətli kağızlarına investisiyaların 7,7 mlrd. dollar azaldıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, hazırda Çinin sözügedən investisiyaları 1,171 trln. dollar təşkil edir və yenə də ABŞ-a borc verən ölkələr arasında liderdir. Növbəti yerlərdə 1,0355 trln. dollarlıq göstərici ilə Yaponiya və 300 mlrd. dollarlıq göstərici ilə İrlandiya qərarlaşıb.