
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı keçirib.
SalamNews-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində tərəflər ikitərəfli gündəmə dair məsələləri, həmçinin Suriyadakı vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları, Türkiyə-ABŞ əlaqələrini gücləndirmək üçün konstruktiv addımlar atmaqda qərarlıqlarını bir daha təsdiqləyiblər.