
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır. Trend-in məlumatına görə, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşavir Con Bolton bəyan edib. O həmçinin deyib: “Prezident İranın anlaşmadan çıxacağını hesab etmir”.
“Onlar anlaşmanı elə pozurlar ki, biz sadəcə bundan xəbərdar deyilik”, deyə bu cür ehtimalı Bolton istisna etməyib.