
On üçdən çox ölkə Rusiyanın S-400 zenit-raket komplekslərini almaqda maraqlıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın kəşfiyyat birliyinə istinadən CNBC kanalı məlumat yayıb.
Bildirilir ki, sözügedən siyahıya Səudiyyə Ərəbistanı, Misir, Qətər, Vyetnam və digər ölkələr daxildir.
Bundan əvvəl Amerika "S-400" aldığına görə Çinə sanksiya tətbiq edib.