
Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır.
“Report” AFP-yə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.
"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.
Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz".
Bundan əvvəl Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib.