
Kuba sakinləri bu gündən etibarən üçüncü nəsil (3G) kommunikasiya texnologiyası vasitəsilə mobil internetə çıxış əldə edəcəklər.
“Report” xəbər verir ki, bunu barədə ETECSA-nın vitse-prezidenti Tanya Velasquez deyib.
"Qoşulma prosesi 8 dekabra qədər tədricən baş tutacaq. Hər bir abunəçi xidmətin aktivləşdirilməsini təsdiqləyən bir mesaj alacaq", - deyə "Euronews" onun sözlərini sitat gətirib.