
OPEC+ ölkələri nazirlərinin monitorinq komitəsi İran və İraqı quruma qoşulmağa dəvət edib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC prezidenti, BƏƏ-nin energetika naziri Süheyl əl-Mazrui deyib.
"Biz komitədə yeni üzv dövlətlər görə bilərik, bəziləri isə onu tərk edə bilər. Bildiyiniz kimi, OPEC prezidenti həmişə komitəyə qoşulur, indi isə (2019-cu ildən) bizdə artıq komitənin tərkibinə daxil olan yeni prezident olacaq - Venesuela. Odur ki, biz İran və İraq kimi bir sıra ölkələrə komitəyə daxil olmağı nəzərdən keçirməyi təklif etmişik. Lakin biz hələ ki, bu ölkələrin komitəyə qoşulmağa nə zaman maraq göstərəcəklərini gözləyirik", - deyə əl-Mazrui bildirib.
Bundan əvvəl OPEC-ə üzv ölkələr gündəlik hasilatı 1,2 milyon barel azaltmaq barədə razılığa gəliblər.