
Kuba Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Raul Kastro Kuba inqilabının 60-cı ildönümü münasibəti ilə tədbirdə ölkənin ABŞ-la hörmətə əsaslanan münasibətlərə hazır olduğunu bildirib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
"Bizi güc və təhdid dili qorxutmur. Xalqın birliyi - bu dağılmaz reallıqdır. Bu gün biz inqilabı müdafiə edən xalqıq. Amma mən ABŞ-la sivil və hörmətcil münasibətlərə hazırlığımızı vurğulayıram", - deyə Kastro bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Kubaya qarşı ticarət sanksiyalarının 2019-cu ilin 14 sentyabrınadək uzadılması barədə qərar qəbul edib. Ağ Ev başçısı bununla yanaşı, embarqonun yumşaldılması imkanını da saxlayıb.