
ABŞ Müdafiə Nazirliyinin yeni mətbuat katibi Çarlz Sammers təyin edilib.
Trend-in məlumatına görə, bundan əavvəl Müdafiə Nazirliyinin mətbua katibinin müavini vəzifəsində çalışan Ç.Sammers bu barədə öz "Twitter" səhifəsində yazıb.
Ç.Sammers bildirib: "Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin istedadlı komandasının rəhbəri olaraq qabiliyyətli komandasının rəhbəri olmaqla gözəl bir gün keçirdim. Mənim üçün [müdafiə] nazirinin [vəzifəsini icra edən Patrik] Şanahana və Pentaqon rəhbərliyinə ictimaiyyətlə əlaqələr məsələləri üzrə məsləhət vermək və dünyada ən böyük hərbi mütəxəssislərlə işləmək şərəfdir".
Xatırladaq ki, Pentaqonun mətbuat katibi Dana Uayt yanvarın 1-i itefaya gedib. Bu barədə o öz "Twitter" səhifəsində bildirmişdi.