
Erik Çuninq ABŞ Müdafiə Nazirliyi aparatının (Pentaqon) rəhbəri vəzifəsinə təyin olunub.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun saytında yayılan press-relizdə deyilir.
Xatırladaq ki, yanvarın 6-da aparatın əvvəlki rəhbəri kontr-admiral Kevin Svini istefa verib.
Svini öz bəyanatında qeyd edib: "Pentaqonda keçirdiyim 2 ildən sonra qərar verdim ki, özəl sektora qayıtmaq vaxtıdır. Müdafiə Nazirliyində xidmət etməkdən şərəf duydum".