
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ evin rəhbəri Donald Trampla telefon söhbəti edib.
“Report” "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə və Amerika liderləri Suriyanın şimal-şərqində təhlükəsizlik zonasının yaradılması prosesinin sürətləndirilməsi barədə razılaşıblar.
Bundan əlavə, Tramp və Ərdoğan İŞİD-in yerdə qalan yaraqlılarının məhv edilməsi üzrə birgə səy göstərəcəklərinə vəd veriblər.
İki ölkə prezidenti yanvarın 15-də də Suriyadakı vəziyyətlə bağlı müzakirələr aparıblar.