
Çin iqtisadiyyatının artım tempi 1990-cı ildən bəri ABŞ-la ticarət mübahisələri və yeni siyasət səbəbindən ən aşağı göstəriciyə düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu iddianı Amerika prezidenti Donald Tramp bazar ertəsi "Twitter"də yazıb.
"Çin ABŞ-la ticarət münasibətlərində gərginlik və onun yeni siyasətinə görə 1990-cı ildən bəri ən aşağı iqtisadi göstəricilər nümayiş etdirir. Çin üçün nəhayət real sövdələşməyə nail olmağın və bu oyunlara son qoymağın xeyri var", - deyə Amerika lideri bildirib.
Bazar ertəsi Çinin Dövlət Statistika İdarəsi 2018-ci il ərzində ölkə iqtisadiyyatının göstəricilərini açıqlayıb. Məlumatlara əsasən, ölkədə ÜDM-in artım tempi 6,6 faiz ləngiyib , bu da 1990-cı ildən bu yana ən aşağı göstəricidir.