
"Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) Venesueladakı vəziyyəti böyük narahatlıqla izləyir".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.
Onun sözlərinə görə, hələlik məlum hadisələrin qlobal neft bazarına necə təsir edəcəyi məlum deyil.
O həmçinin əlavə edib ki, Venesuelanın neft naziri Manuel Kevedo ilə sıx əlaqədədir.