
FaktXəbər-in "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın Venesueladakı əsas məqsədini açıqlayıb.
Onun sözlərinə görə, ABŞ Venesuela neftini ələ keçirmək niyyətindədir.
"Biz dünyanın ən böyük qızıl ehtiyatına malik olan ölkəyə çevriləcəyik. Qaz ehtiyatlarına görə Venesuela 4-cü yerdədir. Bundan əlavə, ölkənin böyük almaz və içməli su ehtiyatları var", - deyə o, vurğulayıb.
Həmçinin Maduro qeyd edib ki, ABŞ ölkədə Simon Bolivarın idealogiyasını məhv etmək istəyir.