
ABŞ media qurumlarından biri hesabat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı Amerikadan aldığı silahların bir qismini Yəməndə əl-Qaidəyə və digər radikal birləşmələrə verib.
SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı hesabat verib.
Bu araşdırmaya əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Yəməndə əl-Qaidə və onunla müttəfiq olan silahlı birləşmələri də özünə cəzb etmək üçün onları silahlandırıb.
Məlumata görə, Pentaqon rəsmilərindən biri Səudiyyə və BƏƏ-nin Yəməndə radikal birləşmələri silahlandırmasının araşdırılmasını istəyib.
The-Guardian” da ötən il açıqladığı hesbatda bildirib ki, Səudiyyə və BƏƏ Yəməndə radikal birləşmələri silahlandırırlar.
O cümlədən Assosiated-Press” də ötən ilin avqust ayında Səudiyyə koalisiyasının Yəməndə əl-Qaidə ilə bir neçə məsələdə anlaşmaya getdiyini yazmışdı.