
Venesuela prezidenti Nikolas Maduro Karakasın mərkəzindəki Bolivar meydanında çıxışı zamanı bildirib ki, ölkə müxalifəti danışıqlardan qorxur.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Bildirilir ki, Maduro Venesuelanın gələcəyi üçün yeganə çıxış yolunun tərəflərin danışıqlar masasına əyləşməkdən ibarət olduğunu vurğulayıb.
"ABŞ-ın sabiq prezidenti Con Kennedi deyirdi: "Heç vaxt qorxudan danışıqlar aparma, amma heç vaxt da danışıqlardan qorxma". Kim ki, danışıqları istəmir, yəqin nədənsə qorxur. Bu, həqiqət qarşısında qorxudur", - deyə Maduro əlavə edib.
Daha əvvəl dövlət başçısı bildirib ki, yaxın zamanlarda Venesuelada prezident seçkiləri olmayacaq.