
Rusiyanın Türkiyəyə Zenit Raket Komplekslərini vermə barədə təklifi ABŞ-ın analoji təklifindən daha sərfəli idi. FaktXeber.com-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesinin İdarəsinin sədr müavini Cəlal Sami Tüfəkçi Vaşinqtonda Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunda çıxışı zamanı bəyan edib.
«Türkiyə Rusiyanın S-400 təklifini həm qiymətinin münasibliyinə, həm də istehsalın gedəcəyi, texnlogiyanın veriləcəyi yerin sərfəli olmasına görə qəbul edib», - deyə o, bildirib.
Vaşinqtonun ZRK-na gəldikdə isə Tüfəkçi bildirib ki, bu barədə ötən ay təklif irəli sürülüb: «Artıq kifayət qədər gec idi».