
ABŞ-ın müdafiə naziri vəzifələrinin müvəqqəti icraçısı Patrik Şanahan Əfqanıstana elan olunmamış səfər edib.
“Report” xəbər verir ki, bu barədə AFP nəşri məlumat yayıb.
Daha əvvəl ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad bildirib ki, Amerika tərəfi radikal "Taliban" hərəkatının təmsilçiləri ilə iyulun 20-də bu ölkədə keçirilməli olan prezident seçkilərinə qədər sülh sazişi bağlamaq istərdi.