
Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani cümə axşamı Soçidə Suriya probleminin nizamlanması üzrə növbəti üçtərəfli sammiti keçirəcəklər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Danışıqlar zamanı Suriya Ərəb Respublikasındakı vəziyyətin uzun müddət normallaşdırılması məqsədi ilə gələcəkdə birgə addımların atılmasının nəzərdən keçirilməsi planlaşdırılır", - deyə məlumatda bildirilir.
Liderlər sammit çərçivəsində həmçinin öz aralarında ikitərəfli görüşlər də keçirəcəklər.
Gözlənildiyinə görə, danışıqların əsas mövzuları arasında Suriya konstitusiya komitəsinin formalaşdırılması, İdlibdə və Suriyanın şimal-şərqindəki kürd ərazilərində vəziyyət, həmçinin Amerika qoşunlarının ərəb respublikasından çıxarılmasının planlaşdırılması və digər problemlər var.