
İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, İnqilab Keşikçilər Korpusunun hərbçilərinə qarşı təşkil edilən intihar hücumunun ABŞ-ın Polşada İran əleyhinə keçirilən konfransla eyni günə təsadüf etməsi təsadüfi deyil. FaktXəbər bildirir ki, bu barədə Cavad Zərif Twitter səhifəsində yazıb.
İranın XİN rəhbəri ABŞ-ın Polşada keçirdiyi İran əleyhinə beynəlxalq konfransı "Varşava sirki" adlandırıb: "Terrorçuların havadarları bunu Varşava küçələrində təbrik edir və twit botları da dəstəkləyib. Görünüşə görə ABŞ hər zaman səhv seçim edir və fərqli nəticələr əldə etməyi gözləyir".