
ABŞ Venesuelanın rəsmi nümayəndələrinə qarşı yeni sanksiyalar tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ölkənin Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib. Qeyd edilir ki, sanksiya siyahısına 5 Venesuela nümayəndəsi daxildir, onlardan biri ölkənin neft naziri, PDVSA (Venesuelanın dövlət neft-qaz şirkəti) rəhbəri Manuel Kevedodur.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın Maliyyə Nazirliyi bəyan etmişdi ki, əgər Nikolas Maduro Venesuelada yenidən demokratik seçkiyə gedərsə, PDVSA-ya qarşı tətbiq edilən sanksiyalar geri götürüləcək.