
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Ağ ev rəhbəri Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu 24 TV telekanalının efirində deyib.
"Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq. Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin", - deyə o bildirib.
Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Hindistan və Türkiyəni ABŞ ilə güzəştli ticarətdən məhrum etmək niyyətindədir. O bu qərarını Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib.