
Venesuela Milli Assambleyası müxalifət lideri Xuan Quaydonun tələbi əsasında bazar ertəsi günü ölkə ərazisinin böyük hissəsində elektrik enerjisinin kəsilməsinə görə respublikada fövqəladə vəziyyət elan edib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
"Fövqəladə hal elektrik enerjisinin kəsilməsinə səbəb olan katastrofik vəziyyətlə əlaqədar bütün ölkə ərazisində elan edilir", - deyə birpalatalı parlamentin fərmanında bildirilir.