
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici işlər naziri Mövlud Çavuşoğlunu Yeni Zelandiyaya göndərir.
Trend-in məlumatına görə, buna səbəb Yeni Zelandiyada törədilən terror aktıdır.
Qeyd edək ki, Yeni Zelandiyada "Ən-Nur" və "Linvud" məscidlərinə hücum nəticəsində azı 49 nəfər həlak olub, xəstəxanalara onlarla yaralı çatdırılıb.