
Venesuela prezidenti Nikolas Maduro hakimiyyətdə struktur dəyişiklikləri ilə əlaqədar hökuməti təmsil edən nazirləri istefa verməyə çağırıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu icraçı vitse-prezident Delsi Rodriqes Twitter səhifəsində bildirib.
“Nikolas Maduro istefa tələbi ilə hökumətin bütün icraedici nümayəndələrinə ünvanlanıb və Bolivar hökumətinin yenidən qurulmasının zəruriliyini vurğulayıb”, - xanım Rodriqes belə deyib.
O həmçinin əlavə edib ki, struktur dəyişikliklərinin əsas məqsədi “Simon Bolivarın və Uqo Çavesin vətənini bütün təhlükələrdən qorumaq”dır.