
Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, Donald Tramp ABŞ-ın bütün tarixi ərzində istənilən başqa prezidentdən daha çox İsrailin xeyrinə hərəkət edir.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"Prezident Donald Tramp bizim ölkəmizin bütün tarixi ərzində ən israilyönlü prezidentdir", - deyə o öz səhifəsində yazıb.
Daha əvvəl Donald Tramp özünün "Twitter" səhifəsində bildirib ki, ABŞ İsrailin Holan yüksəklikləri üzərində tam müstəqilliyini tanımalıdır. Bu halda Ağ Ev və Dövlət Departamenti prezidentin fikirlərinə izah verməyib.