
KXDR Dövlət Şurasının sədri Kim Çen Inın Rusiyaya səfəri artıq gələn həftə baş tuta bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Moskvadakı mənbələrinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
"Kim Çen Inın Rusiyaya səfərinin aprelin sonunda baş tutma ehtimalı kifayət qədər yüksəkdir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiya-Şimali Koreya sammiti, çox güman ki, Vladivostokda keçiriləcək.