Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                     Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                     Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                 

Latın Amerikası siyasəti bizə nə verir? - TƏHLİL
Tarix: 3-05-2019, 08:48 | Çap et
Latın Amerikası siyasəti bizə nə verir?
Azərbaycan diplomatiyası öz sərhədlərinin hüdudlarını genişləndirərək uzaq Uruqvay, Argentina, Venesuela və Paraqvaya qədər uzadıb. Bu siyasətin rəsmi Bakıya nə verdiyi tez-tez sual olunur.

Dünyanın siyasi episentri ABŞ, Britaniya, Fransa, Avropa Birliyi, BMT, NATO və s. mərkəzlər olduğu halda, Azərbaycan xarici siyasətində Latın Amerikası istiqamətinə doğru addımlar atır.

Hətta Bakı və Montevideo (Uruqvayın paytaxtı) iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bu barədə mayın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib.

Halbuki nazirlərin görüşündən 1 həftə əvvəl Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getməsi və orada görüşlər keçirməsinə etirazını bildirmiş, nota göndərmişdi.

XİN-dən deyilmişdi ki, separatçı rejimin nümayəndəsi Uruqvay hökumətinin rəsmiləri tərəfindən qəbul edilməyib, erməni icmasının dəvəti ilə səfər edibmiş.

Uruqvay Senatı sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirakına isə Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim etməklə etirazını bildirmişdi.

Xatırladaq ki, “erməni soyqırımı”nı tanıyan ilk ölkə Uruqvay olub. 1965-ci ildə çıxardılan qanunla 24 aprel “1915-də ”milli soyqırıma" məruz qalan “erməni şəhidlərini” anma günü" elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiq edilib.

Azərbaycanın yaxınlıq etdiyi Argentina da zaman-zaman ermənipərəst mövqeyi ilə seçilib. Argentinada “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib.

Azərbaycana bu coğrafiyada yaxın ölkələrdən biri də Venesueladır. Hazırda bu ölkədə hakimiyyət əleyhinə nümayişlər davam edir. Neftlə zəngin dövlətin rəsmi Bakı ilə əlaqələri yüksək səviyyədədir.

Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı olub.

Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir.

İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib.

Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: “Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur”.

Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirib.

Onun sözlərinə görə, hazırda Bakıda keçirilən forumda Latın Amerikası ölkələrinin parlament rəhbərləri iştirak edirlər: “Azərbaycan haqlı mövqeyi üçün dəstək gözləyir.

Meksikada Xocalı abidəsi ucaldılıb, Kolumbiyada Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz dünyanın dəstəyini qazanmalıyıq. Azərbaycan torpaqları işğal edilib ki, inkişafımızın qarşısı alınsın. Bu baxımdan biz dünyanın simpatiyasını qazanmalıyıq. BMT-dəki dəstəyimizi Amerika ölkələri hesabına artırmalıyıq. Azərbaycanın həm rəsmi, həm parlament diplomatiyasının fəaliyyətini xüsusi qiymətləndirərdim və medianın bu məsələlərə diqqət ayırmasına ehtiyac var”.

Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla bu ölkələr arasında məsafə baxımdan uzaqlıq var. Onun fikrincə, iqtisadi əlaqələrin qurulması çətindir, bu səbəbdən siyasi təmaslara önəm verilir.

“Bu da ona görədir ki, BMT-də səs verilərkən Azərbaycana birmənalı dəstək olsun. Çünki adını çəkdiyiniz ölkələrdə erməni lobbisi çox güclüdür, illər əvvəl kök salıblar.

Bizim erməni lobbisinin əleyhimizə apardığı fəaliyyəti neytrallaşdırmaq üçün Latın Amerikasında aktiv işləməyimiz lazımdır. Düzdür, onların lobbiləri çoxdan kök atıblar deyə qısa zamanda effektiv nəticə göstərmək çətindir, amma Azərbaycanın maraqları nəzərə alınmalıdır",-deyə, analitik bildirdi.

Ekspert hesab edir ki, bəzi ölkələr üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, arxada ermənilərə köməyini əsirgəmirlər.

“Uruqvay aydınlıq gətirməlidir ki, separatçı rejimin ”naziri" ilə senator niyə görüşmüşdü. Azərbaycanın maraqları arxa plana atılmamalıdır. Bu bölgələrdə siyasi fəallığımızı artırmalıyıq".

Venesuelaya gəlincə, E.Şahinoğlu düşünür ki, Azərbaycan orada baş verənlərə neytral mövqe göstərir: “Maduroya Rusiya və Türkiyə dəstək verir. İkincisi, biz kiçik dövlətik və regional münaqişələrdə mühüm rol oynaya bilmərik. Biz Qarabağ problemi ilə bağlı fəaliyyətimizi göstərməliyik. Bundan başqa, bu ölkələrin yaxşı tarixi təcrübələri var. Azərbaycanı tez-tez bu ölkələrlə müqayisə edirlər. Çünki onlarda da orta təbəqə yoxdur, var yuxarı, var aşağı zümrə... Bu təcrübədən yararlana bilərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru