
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı ölkə başçıları Suriyadakı "İdlib deeskalasiya bölgəsi"ndə döyüşçülər tərəfindən tez-tez müşahidə olunan atəşkəsin pozulması hallarını müzakirə ediblər.
Danışıq Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.