
ABŞ Türkiyəyə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını təxirə salmağı təklif edib.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda Ankara Vaşinqtonun yeni təklifini nəzərdən keçirir.
Bildirilir ki, ABŞ Türkiyəni S-400 almağı 2020-ci ilə qədər təxirə salmağa çağırıb.
Bununla yanaşı, ABŞ-da hesab edirlər ki, bu qərar gərginliyin azaldılmasına kömək edəcək.