
Venesuela prezidenti Nikolas Maduro 2020-ci ilin sonlarında planlaşdırılan erkən parlament seçkiləri keçirilməsini təklif edib.
ONA “Reuters”ə istinadən xəbər verir ki, hazırda parlamentə müxalifət nəzarət edir.
“Biz seçkilərə gedəcəyik, biz milli assambleyada erkən seçkilər keçirəcəyik”, - prezident belə deyib.
Ölkədə əvvəlki parlament seçkiləri 2015-ci ildə keçirilib. Bu ilin yanvarından isə prezidentə qarşı kütləvi aksiyalar baş qaldırıb.