
ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların keçiriləcəyinin mümkünlüyünü istisna etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın ITV televiziyasına müsahibəsində bildirib.
Qeyd edək ki, bir müddət əvvəl D.Tramp İranla danışıqlara başlamağa hazır olduqlarını bildirmişdi.