
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları 1 il müddətinə uzadıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, sanksiyalar əsasən nüvə materiallarının yayılması və KXDR-nın regionda stabilliyi pozan hərəkətlərinə yönləndirilib.
Qeyd edək ki, ABŞ Şimali Koreya ilə denuklearizasiya üzrə danışıqlar aparır. Lakin ABŞ tərəfi dəfələrlə bildirib ki, Şimali Koreya nüvə silahından tam imtina etməyənə qədər sanksiyalar qüvvədə qalacaq.