
Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemini əldə etməsi məsələsi yalnız NATO-ya aid deyil. ABŞ-ın bu məsələni NATO ilə əlaqələndirməsi və ittifaqın həmrəyliyini pozmaq cəhdləri böyük bir səhvdir. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin NATO-dakı daimi nümayəndəsi Basat Öztürk bəyan edib.
"NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə ittifaq müttəfiqlərinin silah əldə etmək hüququna malik olduğunu vurğulayıb. ABŞ-dakı bəzi dairələr Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemlərinin satın alması məsələsini problemə çevirib. Bu mənada ABŞ-ın üzərinə böyük bir məsuliyyət düşür", Öztürk bildirib.
Onun sözlərinə görə, əvvəlcə ABŞ hərbi texnikanın uyğunluğuna görə narahatlıq keçirdi, ancaq Türkiyə S-400-lərin NATO sistemlərinə inteqrasiya edilməyəcəyini və heç bir problem yaranmayacağını bəyan etdi.