
İsrail hakimiyyəti hesab edir ki, son həftə ərzində paytaxt Tel-Əvivin yaxınlığında yerləşən Devid Ben-Qurion hava limanında GPS sisteminin sıradan çıxmasında birbaşa Rusiyanın əli var. FaktXəbər-in "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "SAXAL" bildirib.
"Əvvəllər biz elə bilirdik ki, GPS sistemi təkcə Ben-Qurion ərazisində sıradan çxıb, lakin eyni proble Larnak və digər ərazilərdə də müşahidə edilir.", - bəyanatda deyilir.
Qeyd edək ki, İsraildə GPS havaya qalxarkən ve enərkən istifadə edilir.