
Venesuelanın paytaxtı Karakasın bir hissəsində elektrik enerjisi dayandırılıb.
Trend-in məlumatına görə, Barut rayonunun meri Darvin Qonsales bildirib ki, fövqəladə halın aradan qaldırılması üçün bütün lazımi planlar işə salınıb.
Mer "Twitter" səhifəsində qeyd edib: "İşığın kəsilməsinə qəza səbəb olub. Yalnız Çulaviste, Kolinas-Belyo və Kumbres-de-Kurumoda elektik verilişi stabildir".
Belə halın artıq 3-cü gündür ki, ardıcıl olaraq Karakasda təkrarlandığı qeyd edilir.