
ABŞ prezidenti Donald Tramp Mark Esperin namizədliyini müdafiə naziri vəzifəsinə irəli sürüb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iyulun 16-sı M.Esperin namizədliyinin Senatda təsdiq edilməsi üzrə dinləmələrin keçiriləcəyi planlaşdırılıb.
Hazırda M.Esperin namizədliyi Senat tərəfindən nəzərdən keçirildiyinə görə Pentaqonun rəhbəri vəzifəsini ABŞ Hərbi Dəniz Qüvvələri naziri Riçard Spenser müvəqqət icra edəcək.