
ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından Senat üzvləri ilə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Evin yaydığı məlumatda sanksiyanın Ankaranın Rusiyadan S-400 zenit raket kompleksləri alması ilə əlaqələndirildiyi bildirilir.
“Bu görüş Rusiyadan zenit raket kompleksləri almasna görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”, - deyə məlumatda qeyd olunub.