
ABŞ Prezidenti Donald Tramp rəsmi Ankaranın Rusiyadan “S-400” hava müdafiə kompleksi alması ilə bağlı nöbvəti açılama verib.
APA-nın “TASS”a istinadla verdiyi xəbərə görə, Tramp Rusiyadan S-400 almaqda Türkiyəni günahlandırmadığını söyləyib.
Eyni zamanda, prezident bununla əlaqədar Türkiyəyə sanksiya tətbiq etmək qərarını nə vaxt verəcəyini açıqlamayıb.
Tramp ABŞ-ın Türkiyənin sifariş etdiyi beşinci nəsil "F-35" döyüş təyyarələrinin digər ölkələrə də "asanlıqla" sata biləcəyinə inandığını bildirib.