
ABŞ prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, Iran lideri Həsən Ruhani ilə görüşün keçirilməsi haqda mümkünlüyünü istisna etmir.
Trend-in məlumatına görə, Tramp bu sözləri Şimali Karolinaya uçmazdan əvvəl Ağ evin cənubi çəmənlik hissəsində jurnalistlərə bildirib: "Bu baş verə bilər. Heç bir problem yoxdur. İran hər şeyi qaydasına salmalıdır, çünki düzünü desək, onlar çox pis vəziyyətdədirlər" ,Tramp qeyd edib.
Ötən həftə Amerika prezidenti sentyabr ayının sonlarında BMT-nin Baş Assambleyasının ümumi müzakirəsi çərçivəsində Ruhani ilə görüşün keçirilməsi haqda ehtimalın böyük olduğunu bildirib.