
ABŞ senatoru Kris van Hollen bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin radarlarını sınaqdan keçirərək növbəti dəfə qırmızı xətti keçib.
SalamNews RİA.News-yə istinadən xəbər verir ki, senator deyib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ağ Evə səfərindən iki həftə sonra sınaqlara başlayaraq, prezident Donald Trampa hörmətsizlik edib.
O qeyd edib ki, bu cür hərəkətlərlə Ankara Trampı sanksiya tətbiq etməyə məcbur edir.
ABŞ dəfələrlə Türkiyədən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri almasından imtina etməsini tələb edib.